"Qarabağ"dan azarkeşlərə MÜRACİƏT - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

"Qarabağ"dan azarkeşlərə MÜRACİƏT

İdman A- A A+
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la səfərdə keçirəcəkləri cavab matçından öncə Macarıstandakı azarkeşlərinə müraciət edib.
 
Ednews klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisini dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək "Groupama Arena"da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.
 
Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).
 
Qeyd edək ki, bu gün "Qroupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...