"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

İdman A- A A+
Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.
 
Ednews AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
 
FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.
 
VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.
 
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...