"Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni ləğv edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Ednews xəbər verir ki, klub rəhbərliyi "Sky Sports"a açıqlamasında bu məlumatı təkzib edib:
"Klubun mövqeyində heç bir dəyişiklik yoxdur. Kriştiano Ronaldo satılmır".
Qeyd edək ki, portuqaliyalı hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.