Çempionlar Liqasında bu gün pley-off oyunlarına start veriləcək - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Çempionlar Liqasında bu gün pley-off oyunlarına start veriləcək

İdman A- A A+
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
 
Ednews xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.
 
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa "Legiya"sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.
 
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək.
 
UEFA Çempionlar Liqası
 
Pley-off mərhələsi, ilk oyunlar
 
16 avqust
 
23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)
 
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)
 
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)
 
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustunda 17-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.
 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...