Azərbaycanda ilk dəfə akvatlon üzrə uşaqlar üçün yarış keçirildi - FOTOLAR - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda ilk dəfə akvatlon üzrə uşaqlar üçün yarış keçirildi - FOTOLAR

İdman A- A A+
Avropa Oyunları Parkında Azərbaycanda ilk dəfə olaraq akvatlon idman növü uşaqlar üçün yarışlar keçirilib.
 
Azərbaycan Triatlon Federasiyasından Ednews-a verilən xəbərə görə, 5-15 yaşlı uşaqlar üçün keçirilən bu idman yarışında 180 nəfərə yaxın azyaşlı idmançı iştirak edib.
 
Gənclərdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Balaheydər Kərimov və yeniymələrdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Nurəli Məmmədovun iştirakı ilə təşkil olunmuş bu yarışın müxtəlif yaş qruplarında qalibləri Pəri Qaranizadə, Rauf Xasayev, Leyla Kərimli, Rəsul Hüseynov, Veronika Novotorjina, Məhər Sadıqlı, Leyla Qurbanova, Kənan Musayev, Məryəm Cavadova, Denis Xasyanov, Xumar Mustafayeva, Amin Oruclu, Vlastelina Xaysanova, Fərhad Şirməmmədli, Sevda Masudi Nəsib və Əli Rzazadə olub.
 
Balaheydər Kərimovun sözlərinə görə, azyaşlı idmançılar üçün bu formatda tədbirin keçirilməsi bütün tiratlonsevərlərin əsas arzularından biri idi. O qeyd edib ki, bu tədbirin keçirilməsi ilə Azərbaycan Triatlon Federasiyası bu idman növünün inkişafında əhəmiyyətli addımlarından biri atıb.
 
Qeyd etmək lazımdır ki, Akvatlon idman yarışı formatına üzmək və qaçış daxildir. Uğaqlar üçün keçirilən turnirdə 50 metr üzmək və 500 metr qaçış məsafəsi müəyyən olunmuşdu.
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...