Bu gün turun mərkəzi oyunu keçiriləcək - Premyer Liqa - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Bu gün turun mərkəzi oyunu keçiriləcək - Premyer Liqa

İdman A- A A+
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçiriləcək. 
 
Ednews xəbər verir ki, günün yeganə matçı "Bank Respublika Arena"da baş tutacaq.  
 
Mərkəzi qarşılaşmada "Sabah" "Neftçi"ni sınağa çəkəcək. 6 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər.
 
Paytaxt təmsilçiləri bunadək ölkə çempionatında 15 dəfə üz-üzə gəliblər. "Sabah" bu matçlarda cəmi 1 qələbə qazanıb. "Neftçi" isə 12 oyunda rəqibindən üstün olub.  
 
2 görüşdə qalib müəyyənləşməyib. "Ağ-qaralar"ın 28 qoluna Murad Musayevin rəhbərlik etdiyi kollektiv cəmi 8 topla cavab verib. 
 
“Neftçi” bütün oyunlarda qol vurub. “Sabah” evdə qələbə qazanmayıb. 
 
Azərbaycan Premyer Liqası 
 
III tur 
 
20 avqust 
 
20:30. "Sabah" – "Neftçi" 
 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov 
 
Hakim-inspektor: Zöhrab Qədiyev 
 
"Bank Respublika Arena". 
 
Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...