Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyununu keçirib.
Ednews xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub.
Oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.