Qurban Qurbanovdan püşkatmanın nəticələrinə reaksiya - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Qurban Qurbanovdan püşkatmanın nəticələrinə reaksiya

İdman A- A A+

"İddialı bir qrupa düşmüşük".

Ednews report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

50 yaşlı məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var: "Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la (Fransa) qarşılaşacaq. Qrupda oyunlara sentyabrın 8-də start veriləcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...