UEFA “Qarabağ”a niyə hörmət etmədi? SORĞU

İdman 14:11 16.09.2022

Xəbər verdiyimiz kimi “Qarabağ” Avropa Liqasının ikinci turunda Fransanın “Nant” klubun 3-0 hesabı ilə darmadağın etdi.

UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atdılar. Sentyabrın 13-də başlayan döyüşlər zamanı şəhid olduğu açıqlanan 71 hərbçinin xatirəsi yad edilib.

UEFA-nın şəhidlərimiz üçün 1 dəqiqəlik sükuta icazə verməməsi sosial şəbəkələrdə və ictimaiyyətdə müzakirələrə və tənqidlərə səbəb olub.

Ednews mövzunu diqqətdə saxlayaraq ictimai şəxslərin münasibətini öyrənib.

 

Millət vəkili Fazil Mustafa:

“Şəhidlərin anılması UEFA səviyyəsində olsaydı yaxşı ənənə olardı. Ancaq azarkeşlər özləri bunu etdilər. Bu elə onlara əsl cavab oldu”.

 

Azərbaycan Yazıçılar Birliyinin sədir müavini Rəşad Məcid:

“UEFA-nın bu barədə bəzi sərt qərarları var. Xüsusən siyasi çalarları olan məsələlərdə. Əslinə qalsa yaxşı hal deyil. Yəqin ki, qurumun daxili qərarıdır. Onun qarşılığı olaraq “Qarabağ” fanatlarının 1 dəqiqəlik sükutu özləri elan etməsi çox müsbət hadisə oldu. Ən yaxşı cavab isə şübhəsiz “Qarabağ”ın böyük hesabla qələbəsi oldu. Qurban Qurbanovun da dediyi ki, bu qələbə əsgərlərimizə, şəhidlərimizin xatirəsinə böyük ehtiram nümunəsi oldu”.

 

Əməkdar jurnalist Aydın Bağırov:

“UEFA-nın belə bir qərar verəcəyini gözləyirdim. Adətən qurum hərbi münaqişələri futbola aid etmir. Çalışır ki, mümkün qədər siyasi məsələlərdən uzaq olsun. Bu mənada Azərbaycanın məlum xahişi yetirilsəydi, “Pünik” klubunun Konferans Liqasındakı oyununda 1 dəqiqəlik sükut tətbiq edilərdi. Çünki Ermənistan tərəfi də xeyli itki verib. UEFA belə məsələlərə qarışmır, bu təkcə Azərbaycan və Ermənistan məsələsi deyil. Ümumi avropa təzyiqləri olmadığı müddətdə çalışır uzaq dursun. Qurumun özünə sərf edən siyasi qərarları da olur. Xüsusi olaraq bu faktı qeyd etmək istəyirəm ki, UEFA icazə verməsə belə azarkeşlərimizin təşəbbüsü ilə matç başlayana yaxın 1 dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Allah şəhidlərimizə rəhmət etsin”.

 

"İdman TV"nin direktoru Rövşən Binnətli:

"Nant" ilə görüşün bir dəqiqəlik sükutla başlanması barədə "Qarabağ"ın təklifinə UEFA-nın müsbət yanaşmamasını bəlkə də anlayışla qarşılamaq olardı. Əgər Avropa futbol təşkilatı müraciətlərə ikili standartlarla yanaşmasa idi. Çünki cəmi 1 gün əvvəl UEFA kraliça II Yelizavetanın xatirəsinin anılmasına icazə vermişdi, həm də daha nüfuzlu Çempionlar Liqası turnirində. Ağdam klubunun müraciətinə müsbət cavab verilməməsi məsələnin futbola aid olmaması ilə izah edilmişdi. Həmin məntiqlə kraliçanın da vəfatının futbolla əlaqəsi yoxdur. Bu cür hallar isə qitə qurumu olsa da, əslində, dünya futbolunun əsas ruporu sayılan UEFA-ya, təşkilatın fəaliyyətinin obyektivliyinə getdikcə azalan inamı, etibarı bir qədər də azaldır”.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Hamısı