AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin apellyasiya şikayətini təmin edib.
Ednews xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat verilib.
Bildirilib ki, İntizam Komitəsinin sentyabrın 23-də "Qəbələ"nin futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunub.
AFFA İntizam Komitəsinin sentyabrın 23-dəki tarixli qərarına əsasən “Qəbələ” – “Sumqayıt” oyununun (1:0) 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilib.