Futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək. Günə G qrupunun İsveçrə-Kamerun oyunu ilə start veriləcək. Qeyd edək ki, İsveçrə-Kamerun oyunu Bakı vaxtı ilə saat 14-də başlayacaq.
Ednews xəbər verir ki, günün ikinci oyunu saat 17-də başlayacaq Uruqvay-Cənubi Koreya görüşüdür. Dünya çempionatının əsas favoritlərindən biri kimi göstərilən Portuqaliya millisi ilk oyunda Qana futbolçularını sınağa çəkəcək. Bu qarşılaşma saat 20-də başlayacaq.
Və nəhayət, bu gün dünya çempionatının bir nömrəli favoriti Braziliya mübarizəyə qoşulur. Saat 23-də başlayacaq Braziliya-Serbiya matçında azarkeşlər möhtəşən oyun izləyə biləcəklər.