“Real”ın zədələnən hücumçusu Kərim Benzemanın vəziyyəti açıqlanıb.
Ednews xəbər verir ki, İspaniyanın “Marca” nəşri zədə səbəbindən DÇ-2022 üçün Fransa yığmasının heyətindən çıxarılan 34 yaşlı futbolçu təxminən 3 həftədən sonra məşqlərə başlayacağını yazıb.
Qeyd olunub ki, Benzemanın dekabrın 30-da “Valyadolid”lə qarşılaşmada tam hazır olacağı ehtimal olunur.
Xatırladaq ki, "Qızıl top"un qalibi bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 12 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.