"Hələ işimiz bitməyib" - ABŞ millisinin baş məşqçisi - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

"Hələ işimiz bitməyib" - ABŞ millisinin baş məşqçisi

İdman A- A A+

"Hər iki komanda çox çalışdı və bir-birinə çətinlik yaratdı. Nəticədən razı qaldım. Dünya çempionatında qol buraxmadan oynadığınız bütün matçlar yaxşıdır. Ancaq qol vurmağımızı istərdim, çünki şanslarımız oldu".

Ednews xəbər verir ki, bu sözləri ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda İngiltərə ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

O, 1/8 finala yüksəlmək istədiklərini bildirib: "Hələ işimiz bitməyib. Hər şey son turda İranla görüşdə həll olunacaq. Bilirik ki, 5 xal qazansaq, 1/8 finala çıxacağıq. Diqqətimizi bu məqsədə yönəldəcəyik”.

Qeyd edək ki, 2 turdan sonra B qrupunda İngiltərə 4 xalla 1-ci, İran 3 xalla 2-ci, ABŞ 2 xalla 3-cü, Uels 1 xalla sonuncudur. ABŞ 3-cü turda noyabrın 29-u İranla qarşılaşacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...