Bu gün Dünya Çempionatının “B” qrupunda ABŞ-la İran qarşılaşacaq. Qrupun son tur oyunu olduğundan, həmçinin iki ölkə arasında mövcud olan siyasi məsələlərə görə matça maraq böyükdür.
Ednews oyun öncəsi millət vəkili Aqil Abbasın münasibətini və proqnozunu öyrənib. O, qeyd edib ki, oyunda İran qələbə qazanacaq.
“İstəyirəm ki, bu oyunda İran qalib olsun. Çünki İranda 40 milyon azərbaycanlı yaşayır. Onlar üçün bu gün azarkeşlik edəcəm. Niyə ABŞ-ın tərəfini saxlamalıyam?! İrandakı türklər sevinəcək bu gün. İnanıram ki, İran qalib gələcək. Qələbə də qazanacaq. İranla ABŞ üz-üzə düşməndilər, ancaq axşam bir yerdə olurlar. Oyunda nə ABŞ, nə də İran tərəfindən heç bir təxribat gözləmirəm. Futbol sülh oyunudur”.
Qeyd edək ki, İran – ABŞ oyunu, bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oğuz Ayvaz