Sosial medianın hələ həyatımızda olmadığı illər idi. Qara xəbər indiki kimi tez yayılmırdı. Oyunçular arasında yaranan şayiələr pis bir şeyin baş verdiyini göstərirdi, lakin işin məğzini başa düşmək bir az daha vaxt tələb edirdi.
Aliou Sissenin İngiltərə Premyer Liqasında çıxış edən "Birmingem Siti"yə transferindən çox keçməmişdi. Sisse təxminən bir həftə komandanın qalan üzvləri ilə məşq etdi. O vaxt heç kim bilmirdi ki, onun daxilində tufanlar qopur. Amma o, üzündəki təbəssümü heç vaxt itirmədi. "Mən komandanın qalan hissəsini əhvalımdan qorumaq istədim",- deyərək daha sonra o vəziyyəti izah etmişdi.
Həftə sonunda Sisse və komanda yoldaşları West Ham üçün avtobusa mindilər. Qarşılaşma "Birmingem Siti"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıdı. Sisse 90 dəqiqə meydanda bir qol belə buraxmadı.
Sissenin Birmingemdəki komanda yoldaşlarından biri olan Maykl Conson The Athletic-ə Sisse haqqında danışaraq onun güc və xarakterinin həddən artıq möhkəm olduğunu bildirib.
Hadisənin məğzi nə idi? Sisseyə nə olmuşdu?
Sisse Birmingem kənarındakı mənzilində televizora baxırdı. Birdən ekranlarda MV Le Joola adlı bərənin Qambiya sahillərində batması ilə bağlı son dəqiqə xəbəri əks olundu. Ertəsi gün Sissenin telefonuna zəng gəldi. Ona ailəsinin 12 üzvünün eyni anda öldüyünü söylədləri. Sissenin bacısı, bibiləri, əmiləri, qardaşı oğulları və əmioğluları batmaqda olan bərə ilə birlikdə Atlantik okeanının dərin sularına qarışdılar.
Sisse telefonu qoyub panikaya düşdü. “Ən çətini gözləmək idi” deyə o yaşadığı anları təsvir edirdi.
Nəyin yanlış, nəyin doğru olduğunu bilməyən Sisse nə edəcəyini bilməyib. Seneqal hökuməti tərəfindən idarə olunan Le Joola 580 sərnişin daşıyan bərə idi. Lakin ölkənin cənubunda yerləşən Ziqinçordan paytaxt Dakara gedən bu ekspedisiya sərnişin tutumunu keçib. Üstəlik, hava fırtınalı və dalğalar yüksək idi. Hər şey bir neçə dəqiqə ərzində baş verdi; Alovlanan bərə batmağa başladı.
Göyərtələr hətta bileti olmayan uşaqlarla, taxta döşəmələrdə uzanmış qadınlarla, bütün həyatlarını kürəyində çantalara yığmış kişilərlə dolu idi. Qəzadan sərnişinlərdən yalnız 64-ü sağ qala bilib. Çoxu uşaq olmaqla 1863 nəfərin həyatını itirdiyi qəza bəşər tarixinin ən dəhşətli mülki dəniz fəlakətlərindən biri kimi tarixə yazılıb.
Nəzrin Beydiyeva