Messi Pelenin rekordunu yenilədi - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Messi Pelenin rekordunu yenilədi

İdman A- A A+

Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox assist etmə rekordunu yeniləyib.

Ednews xəbər verir ki, o, DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb.

35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi.

35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan 1 assist geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...