Niderland millisinin futbolçusu Vircil Van Deyk DÇ-2022-i barədə maraqlı açıqlama verib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı futbolçu bundan sonra Qətərdəki mundialda keçiriləcək oyunları izləməyəcəyini bildirib.
O, DÇ-2022-nin 1/4 finalında Argentinaya penaltilər seriyasında 3:4 hesabı ilə uduzduqları oyundan sonra bildirib:
“Argentina dünya çempionatının kubokunu qazanacaqmı? Bu, mənə maraqlı deyil. Dünya çempionatının qalan oyunlarına baxmayacağam”.