Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də yarımfinal mərhələsinə start veriləcək.
Ednews xəbər verir ki, ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq. "Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün qalibi mundialın həlledici qarşılaşmasında Fraansa - Mərakeş duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinalın digər matçında sabah Fransa millisi Mərakeşi sınağa çəkəcək. Final oyunu isə dekabrın 18-də olacaq.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina - Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
"Lusail" stadionu