"Yuventus" 2022-ci il üçün maliyyə hesabatını açıqlayıb.
Ednews xəbər verir ki, hesabata əsasən, İtaliya təmsilçisi 239,2 milyon avro zərərə uğrayıb. Bu, A seriyası klubları arasında indiyədək baş verən ən böyük itkidir.
Qeyd edək ki, "Yuventus" hazırda A seriyasının turnir cədvəlində 31 xalla 3-cüdür. Ötən ay isə prezident Andrea Aynelli başda olmaqla, klub rəhbərliyi vəzifəsindən istefa verib