Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ailəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
Ednews xəbər veri ki, bu barədə "AS" portalı məlumat yayıb.
Məlumata əsasən, yanvarın 3-ü K.Ronaldo "Əl-Nəsr" klubu ilə müqavilə imzalayacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu dekabrın 30-u Kriştiano Ronaldo ilə 2 illik müqavilə imzalayacağını elan edib.