"Kəpəz" heyətinə 2 yeni futbolçu qatıb.
Ednews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Sabah"dan Abdulla Rzayev və İdris İnqilablını icarəyə götürüb. Onlar mövsümün sonuna kimi "Kəpəz"in formasını geyinəcəklər.
20 yaşlı Rzayev müdafiəçi, 21 yaşlı İnqilablı isə yarımmüdafiəçi mövqeyində çıxış edir.