Aleksander Çeferinin UEFA prezident seçkilərində rəqibi olmayacaq.
Ednews qurumun saytına istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı təkcə 55 yaşlı sloveniyalının son tarixdən əvvəl namizədliyini qeydə aldığını açıqlayıb.
Prezident seçkiləri 2023-cü il aprelin 5-də Lissabonda UEFA-nın 47-ci Konqresində keçiriləcək.
Qeyd edək ki, Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir.