Kriştiano Ronaldoya yeni klubu "Əl-Nəsr" tərəfindən saat hədiyyə olunub.
Ednews xəbər verir ki, saat "Jacob & Co" markasına məxsusdur.
Ağ qızıldan hazırlanmış və sırf 37 yaşlı Ronaldo üçün istehsal edilən saatda 389 ədəd nadir qiymətli daş var. Saatın dəyəri isə 630 min pounddur (1 milyon 322 min 842 manat).
Qeyd edək ki, Ronaldo ötən il dekabrın 30-da "Əl-Nəsr"ə azad agent kimi keçib.