Runinin 11 illik rekordu təkrarlandı - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Runinin 11 illik rekordu təkrarlandı

İdman A- A A+
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin 11 illik rekordu təkrarlanıb. 
 
Ednews xəbər verir ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford Premyer Liqanın VIII turundan təxirə salınmış oyunda “Lids”in qapısına qol vurmaqla buna nail olub.
 
26 yaşlı forvard 2012-ci ildən bəri “Old Trafford” stadionunda ölkə çempionatının ardıcıl 6 matçında fərqlənən ilk oyunçu olub. Axırıncı dəfə bunu məhz Runi bacarıb.
 
Qeyd edək ki, “Mançester Yunayted” - “Lids” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Reşford cari mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...