"Barselona"nın Robert Levandovskinin sabiq klubu "Bavariya"ya 1 milyon 125 min avro ödəyəcək.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb polşalı hücumçunun bu mövsüm Kataloniya təmsilçisində 25-ci qolunu vurmasıdır. O, son olaraq Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə cavab oyununda (1:2) fərqlənib. Levandovski "Bavariya"dan "Barselona"ya keçən zaman futbolçu 25 qol vuracağı təqdirdə, “Bavariya”ya 1 milyon 125 avro ödənməsi ilə bağlı bənd yer alıb. Bu bəndin ilk 4 mövsüm ərzində qüvvədə olacağı vurğulanıb.