UFC prezidenti Dana White bildirib ki, döyüş nümayəndələri rusiyalı qarışıq döyüş ustası (MMA) Həbib Nurməhəmmədovun əmisi oğlu Umar Nurməhəmmədovla döyüşmək istəmirlər.
Ednews xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
"İlk onluğa gedən bir oğlan üçün döyüş təşkil etmək həmişə çətindir, çünki onu qabaqlayanlar reytinqdəki yerlərini riskə atmaq istəmirlər", - deyə Umar Nurməhəmmədovun döyüş rəhbəri qeyd edib. O, həmçinin bildirib ki, çoxları Nurməhəmmədovla açıq şəkildə döyüşməyə razılaşsa da sonradan bundan imtina edirlər.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Nurməhəmmədovun qurumla bir neçə döyüş üçün yeni müqavilə imzaladığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Umar Nurməhəmmədovun MMA-da 16 qələbəsi var, indiyə qədər o, heç bir məğlubiyyət yaşamayıb.
Nurlana Hacıyeva