PSJ-nin qapıçısı atdan yıxıldı, vəziyyəti ağırdır

PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.
 
Ednews "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper ölkəsində olarkən bu hadisə ilə üzləşib.
 
Başından zədələnən Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan qapıçının durumunun ağır olduğu bildirilib. 
 
Qeyd edək ki, PSJ Serxio Rikonu 2019-cu ilin yayında "Sevilya"dan transfer edib.