Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 18-ci tur oyununa çıxacaq.
Ednews xəbər verir ki, komanda səfərdə “Myelbyü” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Musa da bu oyun üçün “Yurqorden”in iştirak ərizəsində yer alıb.
Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 30 xalla (17 oyun) 4-cüdür. “Myelbyü” isə 22 xalla (16 oyun) 8-ci pillədə qərarlaşır.
İsveç çempionatı, 18-ci tur
17:00. "Myelbyü" - "Yurqorden"
Baş hakim: Adam Leydbek
"Strandvallen" stadionu