"Formula 1" təkər tədarükçüsü "Pirelli" şirkəti ilə müqavilənin müddətini uzadıb.
Ednews yarışın rəsmi "X" hesabına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilə qədər qüvvədə olacaq.
Müqavilə müddətinin daha bir il artırılması mümkündür.
Qeyd edək ki, "Pirelli" 2011-ci ildən "Formula 1" ilə əməkdaşlıq edir.