Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

İdman 07:15 09.12.2023

Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Ednews xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən yarışda 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və digər federasiyaların rəsmiləri izləyiblər.

Görüşlərdən öncə bədii və rəsmi hissə keçirilib. Dövlət Himni səsləndikdən sonra finalçıların paradı olub.

Ardınca çıxış edən Sahil Babayev bildirib ki, bu gün Azərbaycan boksçuları üçün əlamətdar gündür. O, regionların ölkə çempionatına çox aktiv qoşulduğunu, 41 komandandan 14-nün bölgələri təmsil etdiyini deyib.

Federasiya prezidenti boksun ölkənin hər yerində, xüsusilə regionlarda yayılmasını ana hədəf kimi dəyərləndirib: “Bu il boksçularımız üçün yaddaqalan olub. 22 yaşadək boksçularımız və məktəblilərimiz Avropa çempionatlarında medal sayında rekord qırıblar. Aynur Rzayeva dünya çempionatında medal qazanan ilk qadın boksçu kimi tarixə düşüb. Ümumilikdə beynəlxalq yarışlardan 150-dən çox medal qazanılıb. Onun 14-ü dünya və Avropa çempionatlarında əldə edilib”.

Maddi-texniki bazanın gücləndirildiyini deyən Sahil Babayev Sumqayıtda Boks Mərkəzinin istifadəyə verildiyini xatırladıb və tezliklə Lənkəranda Regionlar Boks Mərkəzində təmir işlərinin yekunlaşacağı söyləyib. O, il ərzində məşqçilər üçün seminarlar təşkil edildiyini və hakimlərin beynəlxalq ulduzlarını artırdıqlarını bildirib. Babayev əsas hədəfin isə Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayıb: “İlk yarışda 2 lisenziya əldə etmişik. Daha 2 təsnifat turnirində vəsiqələrin sayının artacağına inanırıq”.

Fərid Qayıbov da boksda kifayət qədər uğurların olduğunu deyib. O, Azərbaycan çempionatında iştirakçı sayında rekordun qeydə alınmasını nailiyyət adlandırıb: “Ən böyük uğurumuz Yay Olimpiya Oyunlarına qazandığımız lisenziyalardır. İnanıram ki, bu say artacaq və növbəti ildə boksçularımızın uğurlarını izləyəcəyik. Bunun üçün dövlətin, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyi var”.

Daha sonra Azərbaycanın ən güclü boksçuları müəyyənləşib. 13 çəki dərəcəsi üzrə həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Amin Məmmədzadə, Şamil Əsgərov, Maqsud Xasmetov, Tayfur Əliyev, Nəbi İsgəndərov, Sərxan Əliyev, Kamran Şahsuvarlı, Fəqan Məmmədov, Seyid Seyidov, Rauf Rəhimov və Yohanes Nuriyev çempion tituluna sahib olublar.

Komanda hesabında “Neftçi” İdman Klubu 55 xalla birinci yeri tutub. İkinci pilləyə MİK (36) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (31) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Seyid Seyidov layiq görülüb. Elxan Quliyev ən yaxşı hakim, Rəhim Allahverdiyev isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Azərbaycan çempionatı
Finallar

48 kq: Tural Sarıyev (“Neftçi” İK) – Həsən Məlikov (“Neftçi” İK) – 2:3

51 kq: Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – Məsud Yusifzadə (BFL) – birinci döyüşə gəlməyib

54 kq: Ruslan Qədirov (MİK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5

57 kq: Şamil Əsgərov (“Neftçi” İK) – Ümid Rüstəmov (DİN İC) – 3:2

60 kq: Maqsud Xasmetov (“Neftçi” İK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – 5:0

63,5 kq: Malik Həsənov (“Neftçi” İK) – Tayfur Əliyev (MİK) – 0:5

67 kq: Nəbi İsgəndərov (“Neftçi” İK) – Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – 3:2

71 kq: Mirşərif Kazımzadə (“Neftçi” İK) – Sərxan Əliyev (MİK) – 0:5

75 kq: Rasim Çobanlı (MİK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

80 kq: Fəqan Məmmədov (AzTU) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

86 kq: Seyid Seyidov (“Qızıl əlcək” İK) – Eldar Quliyev (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib

92 kq: Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (“Qızıl əlcək” İK) – 4:1

+92 kq: Pərviz Rəsulov (“Zərbə” BK) – Yohanes Nuriyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib.

Bütün mükafatçılar

48 kq: 1. Həsən Məlikov (“Neftçi” İK), 2. Tural Sarıyev (“Neftçi” İK), 3. Yusif Soltanov (“Qara papaq” İK), 3. Qardaşxan Həsənov (Ağcabədi)

51 kq: 1. Məsud Yusifzadə (BFL), 2. Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK), 3. Yadigar Əliyev (“Səbail” İK), 3. Əli Fətullayev (Şamaxı-Uğur K)

54 kq: 1. Amin Məmmədzadə (“Qızıl əlcək” İK), 2. Ruslan Qədirov (MİK), 3. Mirzağa Hüseynli (“Cənub” İK), 3. Nihat Abdullayev (“Qızıl əlcək” İK)

57 kq: 1. Şamil Əsgərov (“Neftçi” İK), 2. Ümid Rüstəmov (DİN İC), 3. Kamil Babayev (METE), 3. Emil Quliyev (UGM-13)

60 kq: 1. Maqsud Xasmetov (“Neftçi” İK), 2. Elbrus Adıgözəlov (“Qəbələ” İK), 3. Aslan Quliyev (Z-1 İK), 3. Fərid Sadıqov (“Neftçi” İK)

63,5 kq: 1. Tayfur Əliyev (MİK), 2. Malik Həsənov (“Neftçi” İK), 3. Heybətulla Hacıəliyev (BFL), 3. Ruslan Rüstəmov (BFL)

67 kq: 1. Nəbi İsgəndərov (“Neftçi” İK), 2. Cavid Çələbiyev (“Qızıl əlcək” İK), 3. İlqar Salahov (Qəbələ), 3. Pərviz Quliyev (Ağcabədi)

71 kq: 1. Sərxan Əliyev (MİK), 2. Mirşərif Kazımzadə (“Neftçi” İK), 3. Elnur Abdullazadə (“Neftçi” İK), 3. Nicat Məmmədov (“Qızıl əlcək” İK)

75 kq: 1. Kamran Şahsuvarlı (“Qəbələ” İK), 2. Rasim Çobanlı (MİK), 3. Elnur Süleymanov (“Neftçi” İK), 3. Novruzəli Quliyev (MİK)

80 kq: 1. Fəqan Məmmədov (AzTU), 2. Sərxan Budaqov (“Qızıl əlcək” İK), 3. Devid Oloboye (Naxçıvan MR), 3. Cabbar İsmayılov (Sumqayıt)

86 kq: 1. Seyid Seyidov (“Qızıl əlcək” İK), 2. Eldar Quliyev (“Neftçi” İK), 3. Vətən Hüseynli (DİN İC), 3. Tural Useynov (“Neftçi” İK)

92 kq: 1. Rauf Rəhimov (“Neftçi” İK), 2. Tural Həsənov (“Qızıl əlcək” İK), 3. Rüfət Nəbiyev (DİN İC), 3. Mirxəyal Məmmədov (Gəncə)

+92 kq: 1. Yohanes Nuriyev (MİK), 2. Pərviz Rəsulov (“Zərbə” BK), 3. İsmayıl Yaqubov (“Səbail” İK), 3. İsa Sulxayev (Zaqatala)

DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

Xəbər xətti

İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
Hamısı