UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Antverpen"ə uduzan (2:3) "Barselona" futbolçuları oyundan sonra daha bir xəbərə üzülüb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular daha Kataloniyada keçirdikləri oyunlardan sonra stadionda duş qəbul edə bilməyəcəklər.
Məsələ ondadır ki, Kataloniyada quraqlıq səbəbindən idman salonlarında və stadionlarda duş alınması qadağan olunub. Buna görə də bundan sonra "Barselona" futbolçuları oyundan sonra evlərində yuyunmalı olacaqlar.
Bu qərarın növbəti həftədən qüvəyə minəcəyi bildirilib.