Çelsi" "Union"da icarə əsasında oynayan futbolçusu David Datro Fofananı komandaya qaytarıb.
Ednews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fildişi Sahilindən olan hücumçu 2023-cü ilin yayından Berlin təmsilçisində çıxış edirdi. O, bu müddətdə Bundesliqada 12 oyuna çıxıb və 1 qol vurub. Fofananın "Çelsi" ilə müqaviləsi bu ilin yayına qədərdir.