"Fatih Karagümrük"ün yeni baş məşqçisi müəyyənləşib.
Ednews Superliqa klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tolunay Kafkas təyin edilib. O, istefa verən Şota Arveladzeni əvəzləyib.
Qeyd edək ki, T.Kafkas son olaraq "Ankaragücü"nü çalışdırıb.55 yaşlı mütəxəssis 7 ay çalışdırdığı klubdan ötən ilin oktyabrında ayrılıb.