Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunmuş festival keçirilib

İdman 21:00 05.06.2024

İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.

Ednews Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, MOK-un Atletlər Komissiyası ilə birlikdə təşkil edilən tədbirdə əvvəlcə komissiyanın üzvləri - Rüstəm Orucov (Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının ikiqat gümüş medalçısı), Fəridə Əzizova (V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı), Zöhrə Ağamirova (bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı, V Islam Həmrəyliyi Oyunlarının dördqat qızıl medalçısı), Fatimə Alkərəmova (Rio-2016 Yay Olimpia Oyunlarının üzgüçülük üzrə ən gənc iştirakçısı, bir çox beynəlxalq yarışların qalibi və rekordçusu, Azərbaycan çempionu) iştirakçılara təqdim edilib.

Sonra Atletlər Komissiyasının üzvü Fəridə Əzizova çıxış edərək, Komissiyanın fəaliyyəti barədə məlumat verib.

O, Atletlər Komissiyasının əsas məqsəd və vəzifələri barədə danışaraq bu qurumun Avropa Atletlər Komissiyası və Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynadığını bildirib.

Fəridə Əzizova 2021-ci ilin noyabr ayında "Qəhrəman varisləri" adlı layihənin təşkil olunmasından bəhs edib. O, bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və qazilərimizin övladlarının idmana cəlb olunduğunu deyib.

Sonra çıxış edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov Azərbaycanın müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulduğunu, həmçinin 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nün qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişaf mərhələsinin başladığını deyən Olimpiya mükafatçımız bu illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında ümumilikdə 8 qızıl, 15 gümüş və 29 bürünc medal qazandığını vurğulayıb.

Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.

Proqrama uyğun olaraq gimnastika, cüdo, güləş, taekvondo üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start verilib. Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında maraqlı və əyləncəli viktorinada iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.

İplətullanma yarışında 49, 60 və 56 saylı məktəbin komandası qaliblər sırasında yer alıblar.

7, 56 və 49 saylı və Elitar Gimnaziyanın komandası pazl yarışlarında fərqlənib.

Kəndirlə mübarizədə 18, 49, 190 saylı məktəbin və Elitar Gimnaziyanın şagirdləri fəxri kürsüdə yer alıblar.

56 saylı məktəb ve Elitar Gimnaziyanın təmsilciləri isə viktorinanın qalibi olub.

Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftaxetdinova, həmçinin Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov çıxış edib.

Çıxış zamanı qeyd olunub ki, bu cür layihələr yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasında, onların idman vasitəsi ilə sağlam həyat tərzi keçirməsində əhəmiyyətli rol oynayır.

“Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalının iştirakçılarına gələcəkdə uğurlar arzulayan Olimpiya çempionları bu tədbirin onların yaddaşında daim qalacağına inandığını bildirib.

Sonra yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İlk üç yeri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya çempionları və Atletlər Komissiyasının üzvləri təqdim edib.

Festivalın sonunda xatirə şəkili çəkdirilib.

Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı