Roma" heyətini yeni futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, "canavarlar" "Renn"dən Enzo Le Feni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb. "Roma" 24 yaşlı oyunçu üçün onun klubuna 24 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Enzo Le Fe 2023/2024 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi edib.