“Qarabağ” Avsrtriyada təlim-məşq toplanışını başa vurub.
Ednews xəbər verir ki, Ağdam təmsilçisi bu gün axşam Bakıya qayıdır. Qurban Qurbanovun komandası Çempionlar Liqasının ikinci mərhələsinə - “Linkoln”la (Cəbüllütariq) oyuna hazırlığı Bakıda davam etdirəcək.
Ağdam təmsilçisi ilk matç üçün Cəbəllütariqə isə iyulun 21-də çarter reysi ilə yola düşəcək. İyulun 23-də “Linkoln” - “Qarabağ” matçı keçiriləcək.
Cavab matçı isə iyulun 30-da Bakıda olacaq.
Xatırladaq ki, “Qarabağ” Avstriyada təlim-məşq toplanışı zamanı 4 yoxlama oyunu keçirib. Almaniya
“Kayzerslautern”una uduzan (1:3) Ağdam təmsilçisi Çexiya “Viktoriya”sına 2:1, Xorvatiya “Slaven”inə 1:0 və Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli, komandasına 5:2 hesabı qalib gəlib.