2024/2025 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək "İpsviç" kollektivi heyətini gücləndirib.
Ednews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-göylər" Kosovo milli komandasının qolkiperi Arianet Muriçlə 4 illik anlaşıb.
Onun sonuncu iş yeri İngiltərənin "Bernli" klubu olub. A.Muriç Kosovo yığmasının heyətində 38 oyun keçirib.