Bu gün Azərbaycanın daha dörd idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Ednews idmançılarımızın yarış cədvəlini və görüşlərinin başlama vaxtlarını təqdim edir:
Yunan-Roma güləşi:
1/8 final, 67 kiloqram - Həsrət Cəfərov - Mohamed Elsayed (Misir) - Saat 13.00;
1/8 final, 87 kiloqram - Rafiq Hüseynov - David Loşontsi (Macarıstan) - Saat 13.00;
Bürünc medal uğrunda görüş, 77 kiloqram - Sənan Süleymanov - Saat 20.15.
Taekvondo 1/8 final:
Qasım Maqomedov (58 kiloqram) - Cek Uolley (İrlandiya) - saat 13.48.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.