Fransa millisinin keçmiş yarımmüdafiəçisi Emmanuel Peti “Real Madrid”də uğursuz oyun nümayiş etdirən Kilyan Mbappedən danışıb.
EDnews xəbər verir ki, Emmanuel Peti Kilyan Mbappenin “Real Madrid”də dostunun olmadığını irəli sürüb. Petit, "Məncə, Kilyan Mbappe Real Madriddə çox tənhadır. Jude Bellinghamın ona məhəl qoymadığını gördüm və onun klubda heç bir köməyi və ya dostları yoxdur” -deyə bildirib. Keçmiş futbolçunun sözlərinə görə, Mbappe mediada dərc edilən xəbərlərə də qəzəblənib. Həmçinin, Mbappenin Fransa millisinin heyətində iştirak etməməsi onun vətənində sərt tənqid edilməsinə səbəb olub.
Qeyd edək ki, Kilyan Mbappe “Real Madrid”də 20 matçda 10 qola imza atıb. İspaniya mediasında dərc edilən xəbərlərə görə, Mbappenin komanda yoldaşları ilə əlaqəsi gərgindir.