Qış fasiləsində Füzuli Məmmədovu "sükan arxasına" dəvət edən "Mingəçevir" klubunu heyətini komplektləşdirməyə çalışır.
"EDnyus" xəbər verir ki, hazırda 7-8 futbolçu "nur şəhəri"nin təmsilçisinin düşərgəsində baxışdadır.
Baş məşqçinin etimadını doğruldanlarla yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, "Mingəçevir" rəhbərliyi Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək 12-ci tur çərçivəsində keçiriləcək "Cəbrayıl"la görüşün təxirə salınmasını istəmişdi. Səbəb kimi isə komandanın yenidən qurulması və hazırlığı gec başlaması göstərilmişdi. Ancaq ölkə çempionatının təşkilinə cavabdehlik daşıyan qurum göstərilən səbəbin oyunun təxirə salınması üçün yetərli olmadığı bildirlərək, tələbi yerinə yetirməyib.
Qeyd edək ki, 11 turdan sonra aktivində 6 xal olan "Mingəçevir" qış fasiləsinə sonuncu, 10-cü pillədə yollanıb.