PSJ-nin ulduz futbolçusu Milan Skriniar karyerasını "Fənərbaxça"da davam etdirəcək.
"EDnyus" xəbər verir ki, Səhər saatlarında "Qalatasaray"- la razılaşdığı iddia olunanulduz futbolçu daha sonra onun əzəli rəqibi " Fənərbaxça" ilə imzalamaq üçün İstanbula yollanıb. Qeyd edək ki, "Qalatasaray"-a keçsəydi bu keçid üçün İstanbul təmsilçisindən 4.2 milyon avroluq gəlir əldə edəcəkdi. "Fənərbaxça"-nın bu transferə nə qədər vəsait sərf etdiyi isə hələ ki, məlum deyil.