“Sportinq”in istedadlı futbolçusu Viktor Gyokeres karyerası ilə bağlı qərarını verib.
“EDnews” xəbər verir ki , futbolçu İngiltərədə karyerasını davam etdirmək istəyir. “Correio da Manha”nın iddiasına görə, isveçli oyunçu "Arsenal"da forma geyinmək istəyir. Bildirilir ki, futbolçu “Arsenal” tərəfi ilə danışıqlar aparıb. Onun "Arsenal"ın idman direktoru Andrea Bertaya “Arsenal”da oynamaq üçün razılıq verdiyi irəli sürülür. Bununla belə, futbolçu “Arsenal”a ucuz başa gəlməyəcək. Məlumata görə, “Sportinq” futbolçu üçün 80-90 milyon avro tələb edir. Bildirilir ki, “Arsenal” sövdələşmədə nağd pul və oyunçu mübadiləsindən istifadə edilə bilər.
Qeyd edək ki, Viktor Gyokereslə “Barselona” və “Real Madrid”in də maraqlandığı barədə xəbərlər dərc edilmişdi.
Fatimə Mərdanlı // EDnews