"Bavariya" ilə yolları ayrılan Leroy Sane "Qalatasaray"la danışıqlar üçün Türkiyəyə gedir.
"EDnews" xəbər verir ki, Türkiyə nəhəngi futbolçu ilə 2028-ci ilədək üç illik müqavilə imzalamaq istəyir.
"Qalatasaray" Saneyə illik 11 milyon avro maaş təklif edib.
Türkiyə nəhənginin təklifindən razı qalan Sane danışıqları İstanbulda davam etdirməyi qəbul edib.
Qeyd edək ki, Leroy Sane bu mövsüm "Bavariya" forması ilə meydana çıxdığı 25 oyunda 13 qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.