Azərbaycanlı cüdo hakimi ilk dəfə dünya çempionatını idarə edəcək
EDnews Azərbaycan Cüdo Federasiyasına (AJF) istinadən xəbər verir ki, cüdo tarixində ilk dəfə olaraq böyüklər arasında dünya çempionatına azərbaycanlı hakim təyin olunub .
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatını idarə edəcək hakimlər arasında AJF-nin hakimlər şurasının üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.
Dünya çempionatı 13-20 iyun tarixlərində keçiriləcək.
Fatimə Şükürova // EDnews