Futbol üzrə dünya çempionatında J qrupunun sonuncu – III turunun oyunları başa çatıb.
EDnews xəbər verir ki, Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib.
Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 80-ci dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla komandasının üstünlüyünü möhkəmləndirib.
Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair - Avstriya matçı 3:3 hesabı ilə başa çatıb.







