ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
EDnews xəbər verir ki, Tramp bildirib ki, vəziyyət nəzarətdən çıxa və tərəflərin rasional davranmasının mümkün olmadığı bir mərhələyə çata bilər.
“Pandoranın qutusu açılmış ola bilər. Hadisələr elə bir nöqtəyə gəlib çata bilər ki, artıq məntiqli davranmaq mümkün olmasın. Belə bir vəziyyət yaranarsa, çox uğurla başladığımız işi hərbi üsullarla tamamlayacağıq”, - deyə ABŞ prezidenti vurğulayıb.
O, həmçinin qeyd edib ki, belə bir ssenarinin baş verməsi halında, İran İslam Respublikasının mövcudluğu təhlükə altına düşə bilər.
.jpg)






