2017 Formula 1 Avropa Qran Prisinin biletləri satışa çıxarılacaq

İdman 17:35 15.11.2016
2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən satışda olacaq. Satışa çıxarıldıqdan sonra ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 %-dək endirimlər ediləcək.
 
Bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
 
2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən www.bakucitycircuit.com saytında onlayn qaydada satışda olacaq. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.
 
Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayıda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır.
 
Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.
 
Bu il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı böyük uğurla baş tutdu. Bu yarış sadəcə dünyada Formula 1-in milyonlarla azarkeşinə Bakının möhtəşəm görünüşünü təqdim etmədi, eyni zamanda, Formula 1-in ən yeni və gərgin mübarizəyə səhnə olan trekini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Trekin 7-11-ci döngələrində - İçəri Şəhərin möhtəşəm qala divarları boyunca uzanan Bakının dar küçələrində bolidlərin yüksək sürətlə hərəkəti Formula 1-in bu ilki çempionatının ən yaddaqalan məqamlarından biri oldu. Bununla yanaşı, 2016 Formula 1 Avropa Qran Prisi ən yüksək sürətin qeydə alındığı şəhər treki ünvanına sahib oldu. Belə ki, Williams Martini Racing komandasının pilotu Valteri Bottas Bakıda baş tutan Formula 1 yarış həftəsonu zamanı trekin dənizkənarı boyunca uzanan sürətlənmə hissəsində rəsmi göstərici ilə 366 km/saat sürətlə hərəkət etdi. Rəsmi olmayan rəqəmlərə görə, onun öz bolidini 378 km/saat sürətlə sürdüyü qeydə alınmışdı. Bundan əlavə, yenə Williams Martini Racing komandası Bakıda başqa bir rekorda imza atdı. Komanda Felipe Massanın bolidinə tətbiq etdiyi pit-stop əməliyyatını sadəcə 1,92 saniyədə reallaşdırdı. Bu göstərici 2013-cü ildə ABŞ Qran Prisi zamanı Formula 1 tarixində qeydə alınmış rekord göstərici ilə bərabər oldu.
 
BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır:
 
“Biz gələn yay Bakıda keçiriləcək 2-ci Formula 1 yarışı üçün biletlərin satışa çıxarılmasını elan etməkdən böyük xoşbəxtlik duyuruq. Formula 1-in Azərbaycana yenidən gəlişindən əvvəl azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunması bizim üçün olduqca əhəmiyyətlidir. Biz inanırıq ki, bu endirimlər həm yerli, həm də beynəlxalq Formula 1 azarkeşlərinə Bakı yarışına biletləri indidən almaq üçün böyük stimul olacaq. Biz gözəl şəhərimizi və möhtəşəm trekimizi bütün dünyaya nümayiş etdirməyə davam edəcəyimizə görə olduqca çox həyəcanlıyıq və böyük əzmlə çalışırıq ki, bu, Formula 1 mövsümündə qaçırılmayacaq bir yarış həftəsonuna çevrilsin. Ötən yay keçirilmiş yarış sübut etdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır və mən şəxsən bütün azarkeşləri gələn yay 2017 Formula 1 Avropa Qran Prisi üçün Bakıya gələrək möhtəşəm yarış həftəsonunu yaşamağa dəvət edirəm. Gəlin iyun ayında bizimlə birgə yarış həyəcanını keçirmək istəyən azarkeşlərə bir daha səslənirəm ki, bu böyük endirim fürsətini əldən verməsinlər.”
 
2017 Formula 1 Avropa Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir. Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli “gənc” biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün bir günlük Ayaqüstü Biletlər təklif olunur. Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, bir günlük Ayaqüstü Biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.
 
Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini yerində müşahidə etmək istəyənlər üçün 2 ay müddətində böyük endirim fürsətləri təklif edən kampaniya ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 azarkeşlərinə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın və 2017-ci ildə Bakıda bizimlə birlikdə olun!
 
2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almaq və Bakıya səfərinizi indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri [email protected] elektron ünvanına yazaraq müraciət edə bilərlər.
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
Hamısı