Rusiya və Gürcüstan güləşçiləri arasında kütləvi dava baş verib - VİDEO | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Rusiya və Gürcüstan güləşçiləri arasında kütləvi dava baş verib - VİDEO

İdman A- A A+
Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib.
 
İnsident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İmil Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.
 
Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.
 
Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər. 

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...