Ukraynanın Avropa İttifaqına inteqrasiyasında ləngimələr yaşanarsa, Ukrayna xalqı arasında Aİ-na inam azalacaq.
“Eurasia Diary”nin Reuters-ə istinadən verdiyi məlumata görə, Ukrayna Prezidenti Petro Poroşenko səfirlərin iştirak etdiyi tədbirdə Avropa İttifaqını Ukrayna ilə bağlı götürdüyü öhdəlikləri ləngitməkdə günahlandırıb.
2016-ci ilin dekabr ayında Ukrayna vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olmaları barədə qərar qəbul edilib.
Poroşenko bildirib ki, “Avropa İttifaqının Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəlikləri ləngitməsi yaxşı hal deyil, səbəbi bəlli olmayan ləngimələr Ukrayna vətəndaşlarının Avropaya inteqrasiya inamının üstündən xətt çəkir”.
Kiyevdə keçirilən tədbirdə ABŞ-ın vitsa-prezidenti Jozef Bayden da iştirak edib.
Yunis Abdullayev