Türkiyənin İstanbul şəhərində Hadımköy Atatürk Sənaye Parkında plastik məhsulların istehsalı ilə məşğul olan zavodda partlayış baş verib.
Hadisə Bakı vaxtı ilə saat 18:00-da zavodun anbarında meydana gəlib.
Məlumata görə, 3 min kvadratmetr sahəyə malik zavodda partlayışdan sonra yanğın olub.
Nəticədə 4 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yanğının söndürülməsi üçün 25 yanğınsöndürən maşın, 5 təcili tibbi yardım və 85 personal cəlb edilib.